Azərbaycan Premyer Liqasının növbəti turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan”da 2 zədəli futbolçu var.
Prosport.Az xəbər verir ki “Sumqayıt”la oyunun ilk hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Məhəmməd Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.
Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 3-də, saat 17:00-da, Gəncə şəhər stadionunda keçiriləcək və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

