3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Çinin Şanxay şəhərində keçirilən mövsüm finalında “Neftçi SOCAR” 1/4 finala yüksəlib.
Prosport.Az xəbər verir ki, ölkəmizi təmsil edən klub ikinci qrup oyununda Niderland millisinə 12:22 hesabı ilə məğlub olub. “Neftçi SOCAR” sonuncu qrup görüşündə isə Almaniya seçməsini 16:11 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, final mərhələsinin həlledici oyunları sentyabrın 6-da keçiriləcək.
