Bir neçə gün əvvəl “Neftçi”dən ayrılan Kenan Piriçin yeni klubu məlum olub.
Prosport.Az xəbər verir ki, bosniyalı qolkiper “Riqa”ya keçib.
32 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kenan Piriç 2025-ci ilin yayından “Neftçi”də çıxış edirdi. O, “ağ-qaralar”ın heyətində 28 oyuna çıxıb.
