"Qarabağ", "Neftçi" və "Zirə"nin sabiq futbolçusu Vild-Donald Qeryenin yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 34 yaşlı cinah oyunçusu karyerasını Litvada davam etdirəcək.
Qerye "Panevejis"lə 1 illik müqavilə imzalayıb. O, yeni klubunda 96 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Panevejis" hazırda yerli çempionatda 27 oyundan sonra 68 xalla liderdir. Vild-Donald Gerye 2018 və 2019-cu illərdə Ağdam təmsilçisi ilə Azərbaycan çempionu olub.

