"AzTV rəhbərliyi ilə bizim aramızda telefon görüşü oldu. Qarşılıqlı şəkildə anlaşdıq".
Bunu Prosport.Az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.
Onun sözlərinə telekanal və klub arasında olan anlaşılmazlıq aradan qaldırılıb: "Bu məsələ bir az şişdi. Hazırda aramızda heç bir problem yoxdur".
Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən "Olimpiya" – "Lyublyana" matçının yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim edə bilmişdi. "Qarabağ" məsuliyyətin qarşı tərəfdə olduğunu bildirsə də, telekanal siqnalın verilməməsində hər iki tərəfin cavabdeh olduğunu bildirmişdi.
Xatırladaq ki, Bakıda keçiriləcək cavab matçı "CBC Sport" vasitəsilə göstəriləcək.

