"İmişli" daha bir futbolçu transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, "Deku" ləqəbi ilə tanınan Fransişku Moraiş ilə 2+1 illik müqavilə imzalanıb.
Anqolalı yarımmüdafiəçi son olaraq Portuqaliyada "Alverka" komandasının formasını geyinib.
Qeyd edək ki, Fransişku Moraişin "İmişli"yə keçidini ilk olaraq Prosport.Az saytı yazıb.
