"İmişli" daha bir legioner transfer edib.
Prosport.Az-ın xəbərinə görə, bu, anqolalı mərkəz yarımmüdafiəçisi Fransişku Moraişdir.
21 yaşlı futbolçu Deku ləqəbi ilə tanınır. Bu futbolçu da Portuqaliya futbol bazarından tapılıb. Belə ki, Anqolada "Petru Atletiku" klubunun 19 yaşadək komandasında çıxış etmiş futbolçu daha sonra Portuqaliyada "Kaştrensı"da legioner karyerası yaşayıb. Onun son klubu Portuqaliyada "Alverka"nın B komandası olub.
O burada 9 qol və 1 məhsuldar ötürmə ilə komandasının 2-ci bombardiri ünvanına sahib çıxıb. Buna görə də nayda "Alverka"nın "İşturil"lə oyunundan öncə əsas komandanın məşqlərinə də cəlb olunub.
Qeyd edək ki, "İmişli" yay transfer pəncərəsi dövründə Fil Dişi Sahilindən olan 19 yaşlı dayaq yarımmüdafiəçisi İvon Sebai Senini və Anqoladan olan 25 yaşlı sağ cinah vingeri Pikaşı transfer edib. Lakin 2-ci futbolçunun tibbi durumunda çıxan problemə görə dünən onunla yollar ayrılıb.
Səbuhi Musa
