“Neftçi” paraqvaylı futbolçu Dieqo Qabriel Valdes Samudionu transfer edib.
Prosport.Az xəbər verir ki, 29 yaşlı oyunçu “ağ-qaralar”la 1+1 il şərti ilə müqavilə bağlayıb. Valdes yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Dieqo Valdesin son klubu ölkəsində “Quayrenya” olub. Orta sahə oyunçusu 2019-cu ildə Peru ilə yoldaşlıq görüşündə Paraqvay millisinin heyətində meydana çıxıb.

