ABŞ-ın “İnter” klubunun futbolçusu Lionel Messi cəzalandırıla bilər.
Prosport.Az xəbər verir ki, buna onun MLS müntəzəm çempionatında “Nyu York Red Bulls”a qarşı keçirilən oyundan sonra jurnalistlərə müsahibədən imtina etməsidir.
Komandasının 2:0 hesablı qələbə qazandığı görüşdə son nöqtəni qoyan 36 yaşlı hücumçu media nümayəndələri ilə ünsiyyətdən imtina edib. Liqa qaydalarına görə, qarşılaşmalardan sonra futbolçular jurnalistlərin müsahibə istəyini geri çevirməməlidir.
Qeyd edək ki, Lionel Messi Mayami “İnter”inin heyətində 9 oyuna 11 qol vurub, 3 məhsuldar ötürmə edib.

