Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Norveçdə həyat səviyyəsinin yüksək olması insanları idmana yönəltmir" – Amil Həmzəyevin Skandinaviya təəssüratları
    22.08.2026 11:28:25

    Azərbaycan millisinin kapitanı Amil Həmzəyev İsveç Basketbol Federasiyasının baş katibi Peter Ökvist və Norveç Basketbol Federasiyasının baş katibi Aksel Lanqayerlə görüşüb.

    Görüşdən sonra o, keçirdiyi görüşlərlə bağlı Prosport.Az-a açıqlama verib.

    O bildirib ki, bu görüşlərdə təşəbbüs özündən gəlib və qarşı tərəf bunu müsbət qarşılayıb. Həmzəyev görüşdən sonra Norveçdə basketbol səviyyələrinin Azərbaycanla eyni olmasının səbəbini öyrənməsindən danışıb:

    “Özüm Skandinaviyaya səyahət etməyi planlaşdırmışdım. Bura gəlməzdən əvvəl federasiyalarla əlaqə saxlamışdım ki, görüşək. İsveç və Norveç federasiyalarından görüş üçün razılıq almışdım. Bura gələndə də vaxtımı həmin görüşlərə uyğunlaşdırdım və şəxsi təşəbbüsümlə gedib görüşdüm.

    Mənə maraqlı gəlirdi ki, həmişə buradakı insanların basketbola yanaşması necədir. Məsələn, biz özümüz haqqında düşünəndə görürük ki, fiziki quruluşumuz, boyumuz, fiziki göstəricilərimiz o qədər də basketbola uyğun deyil. Ancaq biz buna görə fərqli basketbol üslubu seçirik. Daha sürətli, fərdi mübarizəyə və təkbətək oyuna daha çox üstünlük verilən basketbol oynayırıq.

    Boy məsələsində, məsələn, əsas milli komandada da çox vaxt uzun mövqelərə xarici oyunçular gətirmişik. İndi aşağı yaş qruplarında da nigeriyalı Manu “5 nömrə” mövqeyində oynayır. Bu mövqeyə oyunçu yetişdirmək çətin olur. Haradasa “4 nömrə”yə qədər oyunçular yetişdirə bilirik. Ancaq tam “5 nömrə” mövqeyində oynaya biləcək oyunçular bizdə tarix boyu çox nadir hallarda olub.

    Onlarda isə əksinədir. Fiziki göstəriciləri buna imkan verir, hündürdürlər, necə deyim, vikinqlərdir. Amma buna baxmayaraq, Norveçin basketbol millisi bizim komandamızla demək olar ki, eyni səviyyədədir. Onlar da bizim kimi ilkin təsnifat mərhələsində oynayır. İsveç, düzdür, bizdən daha yaxşı səviyyədədir. İsveçin əvvəllər MBA-da oynayan oyunçusu olub, hazırda da var.

    Amma burada məsələ nədir? Bunların verdikləri maaş, liqadakı səviyyə və ümumi vəziyyət fərqlidir. Məsələn, onlar xarici oyunçulara çox üstünlük vermir. Xaricdən oyunçu gətirib ona çox pul verməyi və sonra həmin oyunçunun çıxıb getməsini yerli basketbol üçün faydalı hesab etmirlər.

    Onlar yerli uşaqları müəyyən yaşa qədər yetişdirir. Ondan sonra çox yaxşı seçilənlər ABŞ-də kollec və universitet komandalarında çıxış edir. Digərləri isə ölkə liqasında oynayırlar. Ölkə liqasında oynayanlara verilən maaş isə ümumi orta maaşdan çox da yüksək deyil.

    Bizdə bu bir qədər fərqlidir. Ümumi düşüncə də fərqlidir. Təkcə basketboldan danışmıram, idmanda belədir. Məsələn, Braziliyada məşhur futbolçu olub həyatı qurtarmağa necə baxırlarsa, bizdə də güləşdə, cüdoda olimpiya, Avropa və ya dünya çempionu olmağa həyatını qurtarmaq kimi baxırlar. Yəni bunu bir çıxış yolu kimi görürlər.

    Ancaq burada elə deyil. Burada, məsələn, sən milli komandanın oyunçususansa, şərti deyirəm, 6-7 manat alırsan. Yaxud hansısa bir firmada işləyirsən və 5, hətta bəzən 6 manat maaş alırsan. Ona görə də bu, çox şey dəyişmir. Həyat səviyyəsinin yüksək olması insanları idmana yönəltmir.

    Onlar müəyyən yaşa qədər uşaqları sağlamlıq baxımından, pis vərdişlərdən uzaqlaşdırmaq baxımından idmanda saxlayırlar. Amma eyni zamanda təhsilə də çox böyük önəm verirlər. Təhsilləri çox yüksək səviyyədədir və heç vaxt təhsili 2-ci plana keçirməkdən söhbət getmir. Əksinə, idman təhsilə uyğunlaşdırılır.

    Heç vaxt təhsildən geri qalmırlar. Bunun nəticəsində də sabah basketbolda davam edə bilməyəndə, istəməyəndə, zədələnəndə və ya başqa hallar baş verəndə, asanlıqla öz sevdikləri sahəni seçib orada işləyə bilirlər. Bunda da uğurlu olurlar”.

    36 yaşlı Amil Həmzəyev daha sonra karyerası haqda məlumat verib. "Neftçi"dən ayrılan oyunçu karyerasını yeni mövsümdə "Naxçıvan" klubunda keçirəcəyini və milli komandada çıxışını davam etdirəcəyini bildirib.

    Voleybol

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53
    Top oyunları

    "Neftçi SOCAR" dünya üçüncüsü oldu

    6.09.2026 14:58:15
    Basketbol

    "Neftçi SOCAR" yarımfinala yüksəldi

    6.09.2026 13:26:22
    Top oyunları

    Qazaxıstan millisinin üzvü ölkəmizdə çıxış edəcək

    6.09.2026 11:05:29
    Basketbol

    "Neftçi" 1/4 finalda

    5.09.2026 17:34:03
    Top oyunları

    "Neftçi SOCAR" final mərhələsinə qələbə ilə başladı

    5.09.2026 13:22:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved