“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandın “Tvente” klubunu məğlub edib – 1:0.
Prosport.Az xəbər verir ki, cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.
“Qarabağ” revanşda qələbə qazanacağı və ya məğlub olmayacağı təqdirdə, əsas raunda yüksələcək. Qurban Qurbanovun komandası Liqa mərhələsinin püşkatması zamanı 2-ci səbətdə yer alacaq.
“Football Meets Data” portalı “atlılar”ın bu raunda yüksəlmək şansını 71 faizlə dəyərləndirib.
