Rusiya Milli Futbol Liqasında VII turun qarşılaşmaları keçirilir.
Prosport.Az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” səfərdə “Nefteximik”lə üz-üzə gəlib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 67-ci dəqiqədə mübarizəyə qoşulub.
Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran “Soçi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
