Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində ilk oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Ağdam klubu Niderlandda “Tvente”nin qonağı olub.
Ensxede şəhərindəki "Qrols Veste" stadionunda keçirilmiş görüş “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 52-ci dəqiqədə Kadi vurub.
Qeyd edək ki, cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
