Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi “Rakuv”un heyətində növbəti qolunu vurub.
Prosport.Az xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Xayduk”la (Xorvatiya) səfər matçında fərqlənib.
Start heyətində meydana çıxan Emreli 27-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Hazırda 1-ci hissə gedir və hesab 1:1-dir.
Bu, Emrelinin "Rakuv"un heyətində Konfrans Liqasında 2-ci, ümumən isə 3-cü qoludur.
