UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente"də ayrılıq reallaşıb.
Prosport.Az xəbər verir ki, Sayfallah Ltayef Niderland təmsilçisini tərk edib.
Tunisli vinger "Krakoviya"ya keçib. 26 yaşlı futbolçu Polşa klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
