"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, I Liqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimma ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
27 yaşlı futbolçu karyerası ərzində Türkiyənin "Kayserispor", "Girəsunspor", "Ankarakeçiörəngücü", həmçinin öz ölkəsinin "Emordi" və "Rasinens" klublarında forma geyinib.
