AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının I turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Prosport.Az xəbər verir ki, mütəxəssis ümumilikdə 3 oyundakı mübahisəli epizodu dəyərləndirib.
Həsənov FIFA referisi Kamal Umudlunun "Sumqayıt" - "Neftçi" görüşündə bir epizodda səhv qərar verdiyini bildirib.
