“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya “Seltik”inin heyətində UEFA Çempionlar Liqasında dubl edib.
Prosport.Az xəbər verir ki, kolumbiyalı hücumçu pley-off mərhələsinin ilk görüşündə Avstriya LASK-ını 2 dəfə məyus edib.
Meydançaya start heyətdə çıxan 24 yaşlı forvard 38-ci dəqiqədə özünün ilk, komandasının ikinci qolunu vurub. 67-ci dəqiqədə isə o, “dubl” edib.
Görüş “Seltik”in böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.
Qeyd edək ki, Kamilo Duran bu yay "Seltik"ə keçib.
