Türkiyənin Bolu şəhərində “Səbail”lə “Sakaryaspor” arasında keçirilən yoxlama oyununda kütləvi dava baş verib.
Prosport.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçın sonlarında tərəflər arasında gərginlik yaranıb.
“Səbail”in dayaq yarımmüdafiəçisi Kənan Quliyev rəqibi Muhammed Ali Özbaskıcıya qarşı kobud oynadıqdan sonra onu boğmağa çalışıb. Nəticədə insident kütləvi davaya çevrilib. Hadisəyə polis müdaxilə edib.
“Səbail” Azərbaycan I Liqasında, “Sakaryaspor” isə Türkiyənin II Liqasında mübarizə aparır.
Qeyd edək ki, Kənan Quliyev ötən mövsüm I Liqada "Mingəçevir"in kapitanı olub.
