Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bir neçə günə transferlər bitəcək" – Adrian Mutu
    27.08.2023 21:08:32

    "Çətin oyun oldu. Amma üç xalı qazandıq. Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq. Çox qol epizodu yaratmağı bacardıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının IV turunun "Qəbələ"(2:0) ilə keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.

    – Sol cinah müdafiəçisi transfer etməyi planlaşdırırsınız?
    – Düşünmürəm ki, Kenni Sayefin bu gün oyununda problemlər oldu. Özünü yaxşı tərəfdən göstərdi. Həmin mövqedə Azər Əliyev də var. O mövqeyə oyunçu düşünmürük.

    – Demişdiniz ki, sağ cinah vingeri və hücumçu transfer edəcəksiniz. Məsələlər nə yerdədir?
    – Bəli, elədir. Danışıqlar yekunlaşmaq üzrədir. Bir neçə günə transferlər bitəcək.

    – Premyer Liqada 1 ayı geridə qoyursunuz. Gələcəklə bağlı hədəfləriniz, ümidiniz nəyədir?
    – Düşünürəm ki, qarşıda qoyulan məqsədlərə çata bilərik. Artıq avrokuboklardan kənarıq. Daha çox vaxtımız var ki, daxili oyunlara köklənək.

    – Həm "Səbail", həm də bu gün oyunçularınız feyr-pley etmədi. Bu nədən irəli gəlir?
    – Çox oyunçu bundan süi istifadə edərək yerdə vaxt aparır. Hesab 0:0 olanda, vaxt aparırlar. Amma hesabda 0:1 geriyə düşən kimi vəziyyət dəyişir, əksini görürük.

    – Ötən mövsüm Laurentsiu Reqekampf da rumıniyalı futbolçu transfer etmirdi. Siz də həmyerlilərinizə ehtiyac duymursunuz. Bu nə ilə əlaqədardır?
    – Gətirə bilməmişiksə, demək ki, xoşuma gələn olmayıb. Xoşuma gələnlərin də ya qiyməti yüksək olub, ya da müqavilələri var.

    – Rza Cəfərov haqda fikriniz necədir?
    – Gənc oyunçular haqda şərh vermək istəmirəm. Bundan qabaqkı matçda yaxşı oynadı. Bu gün etdiyi səhv onun üçün dərs olar, bundan nəticə çıxarar. Rza Azərbaycan üçün gələcəkdə yaxşı, perspektivli qapıçı ola bilər.

    – "Neftçi"yə baş məşqçi təyin olunduqdan bu yana Rəhman Hacıyevə şans verirsiniz, qollar vurur. Ondan gözləntiniz nədir?
    – Çox yaxşı oyun nümayiş etdirir. Məşqlərdə də özünü yaxşı göstərir. Layiq olduğu üçün start heyətində oynadı. Öz performansı ilə buna layiq olduğunu göstərir. Ümid edirəm ki, bundan sonra daha da yaxşı oyun göstərəcək.

    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved