"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə üz-üzə gəlib.
Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1.
6-cı dəqiqədə "Sabah"ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
