“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya “Seltik”inin heyətində UEFA Çempionlar Liqasında qol vurub.
Prosport.Az xəbər verir ki, kolumbiyalı hücumçu pley-off mərhələsinin ilk görüşündə Avstriya LASK-ını məyus edib.
Meydançaya start heyətində çıxan 24 yaşlı forvard 38-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. O, baxımlı zərbə ilə fərqi artırıb.
Qeyd edək ki, ilk hissədən sonra “Seltik” hesabda öndədir – 2:0.
