Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" cari mövsüm ilk qələbəsini qazandı, "Qəbələ" yenə uduzdu – VİDEO
    27.08.2023 20:44:25

    "Neftçi" Azərbaycan Premyer Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

    Prosport.Az xəbər verir ki, IV turun “Neftçi Arena”da keçirilən oyununda "Neftçi" “Qəbələ”ni qəbul edib. Matçda hesab 45+3-cü dəqiqədə açılıb. Rəhman Hacıyev dəqiq zərbə ilə “ağ-qaralar”ı önə keçirib. Paytaxt təmsilçisi 70-ci dəqiqədə meydanda azlıqda qalıb. Gənc qapıçı Rza Cəfərov qırmızı vərəqə alıb.

    Lakin qonaqlar say üstünlüyündən yararlana bilməyib. Əksinə, növbəti qol da ev sahiblərindən gəlib. Künc nöqtəsindən ötürülən topu braziliyalı mərkəz müdafiəçisi Yuri Matias başla qapıdan keçirib. Bu həm də görüşün nəticəsini müəyyən edib.

    “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıb.

    Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.

    Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq.

    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved