AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Prosport.Az xəbər verir ki, toplantıda 2026/2027 mövsümündə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün xüsusi dövr çərçivəsində müraciət edən “Goranboy” OİK-in təqdim etdiyi sənədlərə baxılıb.
Müzakirələrdən sonra “Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar”ın (Buraxılış 2025) 9-cu maddəsinə əsasən, “Goranboy” OİK-ə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb.
