Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Şəfa" stadion problemini həll etdi
    19.08.2026 16:52:22

    "Şəfa" rəhbərliyi 2 ildən artıqdır üzərində çalışdığı problemi həll edib.

    Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 22 ildən sonra Premyer Liqaya qayıdan "ağ-göylər" "Baku Arena"nı icarəyə götürüb.

    Bu məsələ paytaxt təmsilçisinin rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi (GİN) arasında keçirilən görüşdə razılaşdırılıb.

    Nazir Fərid Qayıbovun qəbulunda olan funksionerlər öz planları barədə məlumat verib. Qayıbovu inandırıblar ki, stadion onlara tapşırılsa, burada lazım olan bütün işləri qısa müddətdə həyata keçirəcəklər.

    Böyük yenidənqurma tədbirləri görüləcək, məkanı daha gözəgəlimli edəcəklər. GİN-in başçısı "Şəfa" mənsublarının fikrinə müsbət yanaşıb və arenanın idarəçiliyinin əl dəyişməsinə "olsun" deyib.

    Yaxın günlərdə tərəflər arasında uzunmüddətli müqavilə imzalanacaq. İcarə müddətinin 10 il olacağı gözlənilir.

    8125 nəfər tamaşaçı tutumu olan “Şəfa” 2000-ci ildə AFFA tərəfindən əsaslı təmir olunub. Daha öncə "Termist" adlanan arenanın yenidən qurulması assosiasiyaya 4,5 milyon manata başa gəlib.

    Şəhərin mərkəzi hissəsində yerləşən futbol qurğusu 2005-ci ilədək "Şəfa"nın ixtiyarında olub.

    Bir müddət “Olimpik”in də evinə çevrilən arena 2014-cü ildə “İnter”ə 4 milyon 250 min manata satılmış, “İnter Arena”ya çevrilmişdi.

    2018-ci ilin 20 iyulundan isə idman qurğusu Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansına keçib. “İnter”in borclarına görə sahibi dəyişdirilən stadion həmin vaxtdan əsl böyük futbola həsrət qalmışdı.

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27.12.2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və onun mülkiyyətində olan müəssisələr Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib.

    Bu səbəbdən əvvəllər Azərbaycan Sənaye Korporasiyasının (ASK) adını daşıyan arena da AİH-nın balansına keçib və adı dəyişdirilib. Bu ilin əvvəlindən idman qurğusu “Baku Arena”ya çevrilib.

    Futbol

    "Qarabağ" təcrübəli komandadır" "Tvente"nin futbolçusu

    19.08.2026 23:15:57
    Futbol

    "Qarabağ" - "Tvente" matçının biletləri satışda

    19.08.2026 22:40:35
    Futbol

    "Hapoel" - "Sabah": HEYƏTLƏR

    19.08.2026 21:50:50
    Futbol

    "Kayrat" və "Paxtakor" klubları Azərbaycana gəlir

    19.08.2026 21:32:21
    Futbol

    "Səbail" Türkiyə klubu ilə heç-heçə etdi

    19.08.2026 21:10:28
    Futbol

    “Səbail” Türkiyədə növbəti yoxlama oyununu heç-heçə başa vurdu

    19.08.2026 19:48:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" təcrübəli komandadır" "Tvente"nin futbolçusu

    19.08.2026 23:15:57

    "Qarabağ" - "Tvente" matçının biletləri satışda

    19.08.2026 22:40:35

    Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

    19.08.2026 22:08:57

    "Hapoel" - "Sabah": HEYƏTLƏR

    19.08.2026 21:50:50

    "Kayrat" və "Paxtakor" klubları Azərbaycana gəlir

    19.08.2026 21:32:21

    "Səbail" Türkiyə klubu ilə heç-heçə etdi

    19.08.2026 21:10:28

    “LANDAU Layns” İsmayıl Abdullayevlə müqaviləni yenilədi

    19.08.2026 20:59:42

    “Sıfır legioner xətti ilə gedəcəyik” – Əjdər Cəfərov

    19.08.2026 20:23:49

    “Səbail” Türkiyədə növbəti yoxlama oyununu heç-heçə başa vurdu

    19.08.2026 19:48:36

    “Goranboy” OİK-ə Yüksək Qızlar Liqası üçün lisenziya verildi

    19.08.2026 19:07:32

    "Qarabağ"la oyunöncəsi "Tvente"də 2 itki

    19.08.2026 18:56:42

    "Tvente"nin baş məşqçisi "Qarabağ"ı təriflədi

    19.08.2026 18:38:39

    Olimpiya mükafatçımız Pakistanda "bürünc" qazandı

    19.08.2026 18:10:21

    Rumıniyalı vingerin "Neftçi"yə keçidi baş tutmadı

    19.08.2026 17:47:45

    Millimiz Türkiyə ilə birgə təlim-məşq toplanışında - FOTOLAR

    19.08.2026 17:13:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved