“Sabah” keyfiyyətli və sürətli komandadır".
Prosport.Azxəbər verir ki, bunu İsrailin “Hapoel” (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis qarşıdakı matçın həm özü, həm də komandası üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Nəticədə “Sabah”la matç yeni rəqiblə görüşdür və biz bu oyuna digər qarşılaşmalar kimi ciddi hazırlaşırıq. Rəqibin oyunlarının videolarını izləyərkən çox keyfiyyətli və sürətli komanda gördüm. Onlar kəsərli ötürmələr və standart vəziyyətlərlə rəqibi cəzalandırmağı yaxşı bacarırlar. Meydanda yaxşı təşkilatlanmış və hazırlıqlı kollektiv var”.
Komandanın kapitanı Miqel Vitor da oyunla bağlı gözləntilərini dilə gətirib: “Yenidən belə bir mərhələdə mübarizə aparmaq həyəcanvericidir. Əvvəllər 2 dəfə bu mərhələdə oynamışam, lakin hədəfimizə çata bilməmişik. Ümid edirəm ki, bu dəfə həlledici addımı atacağıq. Qol imkanlarımızdan maksimum yararlanmağa və rəqibə çox şans verməməyə çalışacağıq. Biz xırda detallara belə xüsusi diqqət yetirən komandayıq və uğurun açarı da məhz bundadır. Futbolu belə oyunlar üçün oynayırıq və böyük təcrübəmə baxmayaraq, bu qarşılaşmanı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Hapoel" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
