Daha bir azərbaycanlı futbolçu Türkiyə çempionatında çıxış edəcək.
Prosport.Az-ın xəbərinə görə, Türkiyə Super Liqasına yeni vəsiqə qazanmış "Çorum" klubu "İmişli"dən ayrılmış Nazim Hüseynovla anlaşıb.
Lakin 18 yaşlı hücumameyilli yarımmüdafiəçi əsas komandada çıxış etməyəcək. O, "Çorum"un 19 yaşadək komandasının şərəfini qoruyacaq.
Xatırladaq ki, Nazim Hüseynov bu ilin fevralında "İmişli" ilə 2,5 illik müqavilə bağlamışdı. O, mayda "Qarabağ"la oyunda "İmişli" formasında debüt edib. Lakin gənc oyunçu əsas heyətə düşməkdə çətinlik çəkdiyindən, müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq ölkə xaricində oynamağa üstünlük verib.
Qeyd edək ki, mövsümlərarası fasilədə "Qarabağ"dan Toral Bayramov I Liqaya yeni vəsiqə qazanmış Türkiyə çempionu "Bursaspor"a keçib. ABŞ-nin "Kolambus Kru" klubuna məxsus olan Nəriman Axundzadə isə Super Liqaya yeni çıxmış "Ərzurumspor"da icarə əsasında oynayır.
