“İmişli”nin yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı Dominqos Senqi Ermeneqildo (Pikas) ilə yolları ayrılıb.
Prosport.Az sport24.az-a istinadən xəbər verir ki, tibbi müayinə zamanı anqolalı futbolçuda hepatit aşkarlanıb.
Bu səbəbdən bölgə təmsilçisi 25 yaşlı vingerlə imzalanan 2+1 illik müqaviləyə xitam verib.
Qeyd edək ki, Pikas daha əvvəl Anqolanın “Petro Luanda”, Portuqaliyanın “Şaveş”, “Torrense”, “Feyrense” və “Fafi” klublarında çıxış edib.
