İsrailin “Hapoel” (Beer-Şeva) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a qarşı keçirəcəyi ilk oyuna tam heyətlə hazırlaşır.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, cəzasını başa vuran yarımmüdafiəçi Matan Baltaxa bu görüşdə komandasına kömək edəcək.
Bununla belə, baş məşqçinin “Srvena Zvezda”nı 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanan heyətdə dəyişiklik etməyəcəyi gözlənilir.
Beer-Şeva təmsilçisini Buxarestdəki "Quleşti" stadionunda 900-dən çox azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Hapoel" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
