UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel"də ayrılıqlar reallaşıb.
Prosport.Az xəbər verir ki, Beer-Şeva təmsilçisi Mor Siman Tovu "Hapoel"ə (Kiryat Şmona), Yoav Koreni isə "Makkabi"yə (Petah-Tikva) icarəyə verib. Hər iki futbolçu 2026/27 mövsümünü adıçəkilən klubların heyətində keçirəcək.
Qeyd edək ki, "Sabah"la "Hapoel" arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Komandalar arasında cavab matçı isə ayın 25-də Bakıda baş tutacaq.
