“Qarabağ” UEFA Avropa Liqasında uduzduğu Bolqarıstan MOİK-inin futbolçusu Ceyms Etoo üçün rəsmi təklif göndərib.
Prosport.Az africafoot.com saytına istinadən xəbər verir ki, kamerunlu yarımmüdafiəçi ilə bağlı Azərbaycan klubunun ilk təklifi “hərbçilər” tərəfindən qənaətbəxt sayılmayıb.
26 yaşlı oyunçu ötən mövsüm məhsuldar çıxışı ilə diqqət çəkib və 10-dək məhsuldar ötürmə ilə yadda qalıb. Kamerun millisinin üzvü bu yaxınlarda MOİK ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzatsa da, “Qarabağ”ın təklifi onun Azərbaycan çempionatına keçidi gündəmə gətirib.
Futbolçunun özü bu variantda maraqlıdır. Lakin o, klubundan ayrılmaq üçün hər hansı qarşıdurmaya getmək niyyətində deyil. Tərəflər MOİK-in son qərarını gözləyir.
Qeyd edək ki, Ceyms Etoo daha əvvəl Fransanın “Nant” klubunun yetirməsi olub. Onunla Bolqarıstanın “Ludoqorets” və Belçikanın “Xent” klublarının da maraqlandığı bildirilir. “Transfermarkt” futbolçuya 1,8 milyon avro qiymət qoyub.
“Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsində MOİK-ə penaltilər seriyasında uduzaraq, Konfrans Liqasına enib.
