Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İlk qarşılaşmadan bizim üçün böyük bir siqnal oldu" - Qurban Qurbanov
    17.08.2026 21:53:02

    Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Qarabağ" "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra matç barədə fikirlərini bölüşüb.

    - İlk oyunumuz idi. Əvvəlcə bütün komandalarımıza, hər bir futbolçumuza və məşqçimizə uğurlar arzulayıram. İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək. Oyuna gəldikdə, gördüyünüz kimi, gərgin qarşılaşma oldu. Yeni rəqib idi və onları o qədər yaxından tanımırdıq. Həm məşqçi heyətində, həm də futbolçuların tərkibində xeyli dəyişikliklər olmuşdu. Bu baxımdan çox vacib qələbə qazandıq. Futbolçularımız bir qədər yoruldular. Buna baxmayaraq 2-ci hissədə daha yaxşı xarakter göstərdilər və sonda qələbə əldə edə bildik. Məncə, bütün oyunlar belə gərgin keçəcək. İlk qarşılaşmadan bizim üçün böyük bir siqnal oldu ki, bütün oyunlara çox ciddi yanaşmalıyıq.

    - Renaldo Sefasın son durumu necədir?

    - Renaldo Sefas 2-ci hissədə bir qədər zədələndi. Əzələsində gərginlik oldu. Sonda çox risk etmədik və onu meydanda saxlamadıq. Yəqin ki, sabah klub tərəfindən tam məlumat veriləcək.

    - Samuel Lobatonun oyununu necə qiymətləndirirsiniz?

    - Yaxşı oynadı. Əslində, uzun müddətdir ki, meydana çıxmırdı. Aktiv oynadı, çox fəal idi. Sadəcə, bir qədər oyun təcrübəsinə ehtiyacı var. Həmçinin heyətdə müəyyən dəyişikliklər olmuşdu. Amma ümumilikdə onun aktivliyi, meydanda topla davranışı və hərəkətləri komandamız üçün lazım olan formada idi. İnanıram ki, qarşıdakı oyunlarda yavaş-yavaş daha yaxşı formasını bərpa edəcək.

    - Bəhlul Mustafazadənin hazırlıq durumu necədir? Onu “Tvente” ilə qarşıdakı oyunlarda görə bilərikmi?

    - Gördüyünüz kimi, yavaş-yavaş oynamaq lazımdır. O, daha çox fərdi qaydada məşq edirdi, artıq komandaya qoşulub. Ümumiyyətlə, gedişat pis deyil. Amma bildiyiniz kimi, bir neçə aydır oyun təcrübəsi yoxdur. Ona görə də tələsmədən, yavaş-yavaş onu gücləndirməliyik. Belə davam etsə, qarşıdakı müddətdə öz optimal formasını bərpa edəcək.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved