Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevanın çıxış etdiyi "Hamburq" yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Bundesliqa təmsilçisi "Verder"lə qarşılaşıb. Görüş Bremen klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Hamburq"un heyətində yeganə qolu baş zərbəsi ilə Nigar Mirzəliyeva vurub.
