“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel" (Beer-Şeva, İsrail) ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Ona həmyerliləri Filippo Meli və Alessio Berti kömək edəcəklər. Matçın 4-cü hakimi Matteo Markenaro olacaq. VAR hakimi funksiyasını Marko Di Bello yerinə yetirəcək. Onun , köməkçisi (AVAR) isə Valerio Marini olacaq.
Qeyd edək ki, görüş Buxarestdəki “Culeşti” stadionunda keçiriləcək.
