"Sumqayıt" Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.
Prosport.Az xəbər verir ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.
24 yaşlı yarımmüdafiəçi təxminən 5 ay sonra meydana dönəcək.
Qeyd edək ki, Səbuhi Abdullazadə "Neftçi"yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.
