"Turan Tovuz" Azərbaycan Premyer Liqasında cari mövsüm keçirdiyi ilk ev oyununda məğlubiyyətlə üzləşib.
Prosport.Az xəbər verir ki, IV turda "Turan Tovuz" Tovuz şəhər stadionunda keçirdiyi ilk matçda "Səbail"ə 1:3 hesabı ilə uduzub.
Bakı komandasından qolları Aleksandr Ramalinqom (5-ci dəqiqə), Yusif Nəbiyev (62-ci dəqiqə), Ağabala Ramazanov (90-cı dəqiqə), meydan sahiblərindən isə Roderik Miller (84-cü dəqiqə) vurub.
Bununla da "Səbail" cari mövsüm ilk qələbəsini qazanıb və xallarını 4-ə çatdırıb.

