Misli Premyer Liqasının 2026/27 mövsümünün I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
Prosport.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev oyununa çıxarıb. Qarşılaşma “Gənclik şəhəri” təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bununla da Kandido ölkə çempionatları tarixində yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.
Qeyd edək ki, Filipe Kandido Azərbaycan Premyer Liqasında 2-ci portuqaliyalı baş məşqçidir. Ondan əvvəl ötən mövsüm Jorje Kaşkilya “İmişli”yə rəhbərlik edib.
Kandido, həmçinin “Sumqayıt” tarixində 4-cü legioner baş məşqçidir. Daha əvvəl Bernard Raab, Aleksey Baqa və Saşa İliç “Gənclik şəhəri” təmsilçisini çalışdırıblar.
