“Sumqayıt” Misli Premyer Liqasının 2026/27 mövsümünə evdə məğlubiyyətlə başlayıb.
Prosport.Az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi I turda doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə uduzub. Bu nəticə “Sumqayıt” üçün Premyer Liqa tarixində 100-cü ev məğlubiyyəti olub.
Beləliklə, “Sumqayıt” yüksək liqada öz meydanında keçirdiyi 235 oyunda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə meydanı xalsız tərk edib.
Qeyd edək ki, ölkə çempionatları tarixində Premyer Liqada ən çox ev məğlubiyyəti alan komanda olan “Sumqayıt” bu göstəricidə 100 məğlubiyyətə çatan ilk klubdur.
“Sumqayıt”ın Premyer Liqada ilk ev məğlubiyyəti isə 8 avqust 2011-ci ildə qeydə alınıb. Komanda həmin görüşdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzub.
