Misli Premyer Liqasının 2026/27 mövsümündə I turun son oyunu bu gün keçiriləcək.
Prosport.Az xəbər verir ki, son çempion “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Şamaxı”nı qəbul edəcək.
Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşma saat 19:30-da başlayacaq.
Misli Premyer Liqası
I dövrə, I tur
17 avqust
19:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i 2:0, “Neftçi” isə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “İmişli” görüşündə isə qalib müəyyənləşməyib – 0:0.
