Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kim hansı rəqəmi istədisə, onu təqdim etdik" – "Şəfa"da müdafiəçi 11 nömrəni niyə seçib?
    16.08.2026 23:34:01

    Azərbaycan Premyer Liqasının I turunun “Zirə” – “Şəfa” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Zaur Həşimov mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı düşüncələrini bölüşüb.

    – Çempionatın debütü baxımından maraqlı qarşılaşma alındı. Düzdür, daha çox mübarizə aparırdıq. Yaxşı komplektləşmiş və uzun müddətdir bir arada hazırlıq keçən rəqibə qarşı oynayırdıq. “Zirə” artıq 6–8 həftədir məşq edir, bizim fiziki durumumuz isə onlardan geridə idi. Kollektivdən narazı qalmadım, məğlubiyyətə rəğmən futbolçularıma təşəkkür etdim. Sıfırdan yığılan komandayıq, ilk məşqimizdə cəmi 12–13 nəfər var idi. Bəzi oyunçular sıramıza yeni qoşulub. Bizə zaman lazımdır və vaxt keçdikcə daha yaxşı səviyyəyə çatacağıq.

    – Heyətə həm yerli, həm də əcnəbi futbolçular cəlb olunub. Seleksiya işindən razısınızmı və bu transferlər elitada qalmaq üçün kifayətdirmi?
    – Hazırlığa azsaylı heyətlə başladıq. Ötən mövsüm I Liqada çıxış edən futbolçulardan saxladıqlarımız oldu, həmçinin təcrübəli yerlilər, gənclər və legionerlər dəvət etdik. Kollektivi formalaşdıranda hər detalı nəzərə almağa çalışmışıq. Bəzi mövqelər üzrə danışıq aparmağa yerli oyunçu tapmaq mümkün olmadı. Bu səbəbdən həmin mövqelərdə əcnəbilərə üstünlük verdik.

    – Rumıniyalı sol cinah müdafiəçisi Andrey Draqunun 11 nömrəli formada çıxış etməsi diqqət çəkdi. Hücumçu tapılmadığı üçün bu nömrə ona verildi, yoxsa öz seçimi idi?
    – Nömrələri futbolçular özləri seçib. Biz də kim hansı rəqəmi istədisə, onu təqdim etdik. Burada mövqe fərqi rol oynamır, sırf Draqunun öz istəyi idi.

    – Komandanın formaya düşməsi üçün nə qədər vaxta ehtiyac var?
    – Zaman məsələsini bəhanə kimi gətirmirəm. Təxminən 1,5 ay öncə formalaşan komandayıq. Meydana nəticə üçün çıxmışdıq, yoxlama görüşlərində də uduzmamışdıq. Bu, ilk məğlubiyyətimiz oldu. Futbolçuların fiziki bərpası və bir-birini anlaması üçün vaxt vacibdir. Müxtəlif ölkələrdən gələn oyunçuların uyğunlaşma dövründə belə çatışmazlıqların olması normaldır. Oyundan-oyuna performansımızı artıracağıq.

    – Ötən mövsümün əsas stopperlərindən olan Arsen Ağcabəyov niyə start heyətində yer almamışdı?
    – Arsen “Qəbələ” ilə yoxlama matçında zədələndiyi üçün 2 həftə məşqlərdən kənar qaldı. Bərpa prosesini yeni bitirib və dünəndən komandaya qoşulub. Bu səbəbdən onu yalnız 23 nəfərlik iştirak ərizəsinə daxil edə bildik.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved