İsrail Toto Kubokunda pley-off mərhələsinin oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şimona” doğma meydanda “Hapoel Təl-Əviv”i qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
16 avqust
“Kiryat Şimona” – “Hapoel Təl-Əviv” – 1:2
Qollar: A. Uqarriza (6) – D. Dappa (90+7, 90+9)
Rüfət Abdullazadə matça start heyətində başlayıb və qarşılaşmanı əvəzlənmədən başa vurub.
Bu nəticə ilə “Hapoel Təl-Əviv” finala yüksəlib. Komandanın finaldakı rəqibi “Makkabi Tel-Əviv” olacaq.
