Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kömək üçün kimə dediksə, "yox" cavabı aldıq" – Yuri Vernidub
    16.08.2026 21:49:32

    Azərbaycan Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.

    – Oyunu necə şərh edərdiniz?

    – “Sumqayıt” doğma meydanında yaxşı oynayır. Bu il komandada çoxlu dəyişikliklər olub. Onlar haqqında kifayət qədər materialımız yox idi. Kömək üçün kimə dediksə, bizə “yox” cavabını söylədilər. Yalnız “Şamaxı” ilə yoxlama matçlarını izləmək imkanımız olmuşdu və onda da 4 müdafiəçi ilə meydana çıxmışdılar. Bu gün isə fərqli taktika ilə oynadılar. Əsas məqam bizim necə çıxış etməyimizdir. 3 qol vurduq və daha bir neçə fürsətdən yararlana bilmədik. Eyni zamanda, sadə qol buraxdıq. Bu, mənim üçün gözlənilməz oldu. Mövsümə qələbə ilə başlamaq vacib idi.

    – Endryu Qravilyon yarımmüdafiədə oynadı. Gələcəkdə də bu mövqedə çıxış edəcək?

    – Qravilyon universal futbolçudur. Bir neçə fərqli mövqedə oynamağı bacarır. Belə futbolçu məşqçi üçün də önəmlidir. Yeni transferlərin uyğunlaşması üçün vaxta ehtiyacı var. Yenilərdən bu gün Tupta və Rüfət startda şans qazandı və özlərini pis göstərmədilər.

    – Rəqib azlıqda qalandan sonra sanki matçdan qopdunuz. Bu, nə ilə bağlı idi?

    – Rəqibin qoldan başqa epizodu oldu? Xatırlamıram, amma bizim epizodlarımız kifayət qədər çox idi. Bunları dəyərləndirə bilsəydik, hesab daha fərqli alınardı. Azərbaycan çempionatında bütün komandalar demək olar, bərabərdir. Məsələn, “Turan Tovuz” – “Qəbələ” oyununda minimal fərq oldu. Digər görüşdə də bərabərlik qeydə alındı.

    – Ukraynalı futbolçu Qutsulyakla danışıqlar apardığınız doğrudur?

    – Bəzən elə futbolçuların adları hallanır ki, heç onları tanımıram. Belə şeylər menecerlərin işləridir. Qutsulyakla bağlı məlumatım yoxdur. Olsaydı, bunu açıq şəkildə deyərdim. Ümumilikdə, Qutsulyak möhtəşəm oyunçudur. Yaxşı sürəti, driblinqi var. Sol ayaqla gözəl zərbələr də endirə bilir. Fərq yaratmağı bacaran futbolçudur. “Neftçi”də oynamaq istəsə, imtina etməzdim.

    – Moldova mətbuatının iddiasına görə, “Şerif” rəhbərliyi də sizinlə əlaqə saxlayıb.

    – Bunu sizdən eşidirəm. Mənim “Neftçi” ilə müqaviləm var. Hər şeydən razıyam. Tez-tez komanda dəyişən biri deyiləm. Müqaviləmə uyğun işimi davam etdirirəm. Böyük pullar təklif etsələr, yenə getmərəm. Mənim üçün işim, müqaviləm önəmlidir. Qazancım da məni qane edir. Ailəm var, gəlirim hamımıza kifayət etməlidir və indiki məqamda buradakı məvacib buna bəs edir.

    – Kenan Piriç komandadan ayrılıb?

    – Heyətdədir, sadəcə zədəsi var. Komandanı gücləndirməliyik. Bu istiqamətdə işlərimiz davam edir. Öz üslubumuza uyğun oyunçular axtarırıq. Futbolçuların bəzən böyük tələbləri olur, amma inanıram ki, istədiyimizi tapacağıq. Biz pulu öz əziyyəti ilə qazanmağa üstünlük verən futbolçuları  gətirmək arzusundayıq. Hazırda heyətdə yerli oyunçular da var. Bu, milli komandanın formalaşmasında da rol oynayacaq. Hər futbolçu öz üzərində ciddi şəkildə çalışır. Biz də istəyirik ki, onlar yaxşı nəticələr ortaya qoysunlar

    Futbol

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09
    Futbol

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43
    Futbol

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59
    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved