Azərbaycan Premyer Liqasının III turunun "Turan Tovuz" – "Səbail" oyunundan sonra "Huner Group"un rəhbəri Ehtiram Quliyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Prosport.Az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri oyundan sonra klubda görülən işlər, Tovuz şəhər stadionundakı yeniliklər, hədəflər və s. haqda danışacaq.
Qeyd edək ki, "Turan Tovuz" – "Səbail" matçı saat 17:00-da başlayacaq. Oyunu Tural Qurbanov baş hakim kimi idarə edəcək.

