Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Siti”nin Pep Qvardiola ilə yollarını ayırmasından sonra Premyer Liqada çempionluq mübarizəsi barədə danışıb.
Prosport.Az xəbər verir ki, ispaniyalı mütəxəssis “Mançester Siti”nin “Arsenal” üçün əsas rəqib olaraq qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.
Arteta bildirib:
“Rəqibimiz çox olacaq. Komandaların heyətlərinə, məşqçilərinə və klublarına baxsanız, bunun belə olduğunu görərsiniz. Amma biz bunu əvvəldən də bilirdik. Özümüzə köklənməli və əlimizdə olan bütün resurslardan maksimum istifadə edərək ən yaxşı şansları yaratmalıyıq. Qarşıda uzun yolumuz var”.
Qeyd edək ki, “Arsenal” bu gün, avqustun 16-da İngiltərə Superkubokunda “Mançester Siti” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
