UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva, İsrail) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Prosport.Az xəbər verir ki, bu barədə Azərbaycan klubu məlumat yayıb.
Biletləri onlayn olaraq “iticket.az” saytı vasitəsilə, həmçinin qarşılaşma günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Sabah” “Hapoel”lə ilk oyunu 19 avqustda Rumıniyanın Buxarest şəhərində, cavab qarşılaşmasını isə 25 avqustda Bakıda keçirəcək.
