Azərbaycan millisinin üzvləri Aytac Şərifova və Sevinc Cəfərzadə Türkiyənin “Yüksəkovaspor” klubu ilə yeni müqavilə imzalayıblar.
Prosport.Az xəbər verir ki, Türkiyə təmsilçisi hər iki futbolçu ilə müqaviləni yeniləyib. Beləliklə, milli komandamızın üzvləri 2026/27 mövsümündə də “Yüksəkovaspor”un formasını geyinəcəklər.
Qeyd edək ki, “Yüksəkovaspor” yeni mövsümdə Türkiyə Qadınlar Superliqasında mübarizə aparacaq. Komandanın ilk turdakı rəqibi və qarşılaşmanın tarixi avqustun 19-da keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.
