Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu gün hesab daha böyük olsaydı, istefa verməzdim" - Azər Məmmədov
    15.08.2026 23:30:41

    Azərbaycan Premyer Liqasının I turunun “Sabah” – “Kəpəz” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Azər Məmmədov mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı düşüncələrini bölüşüb.

    – Azərbaycanın ən güclü və tam komplektləşmiş komandasına qarşı oynadıq. Biz isə yeni formalaşan kollektivik. Futbolçular əllərindən gələni etdilər, pis təsir bağışlamadılar. Bu gün heyətlər arasındakı keyfiyyət fərqi aydın görünürdü. Qarşıda uzun marafon var və zamanla daha yaxşı olacağımıza inanıram.

    Azər Məmmədov ardınca jurnalistlərin suallarını cavablandırıb.

    – Proqrama əsasən, oyun Gəncədə keçirilməli idi, lakin rəqibin avrokubok qrafikinə görə yerlər dəyişdirildi. Matç öz meydanınızda keçirilsəydi, fərqli nəticə ola bilərdimi?

    – Yenilənən stadionumuzda, azarkeşlərimiz önündə oynamağı çox istəyirik, lakin “Sabah”ın xahişinə müsbət cavab verdik və meydan dəyişikliyinə razılaşdıq.

    – Əvvəllər “Qarabağ”la matçda da oxşar dəyişiklik olmuşdu və böyükhesablı məğlubiyyətdən sonra istefa vermişdiniz. Yenidən belə hal təkrarlansa, nə edəcəksiniz?

    – O vaxt belə situasiyalar üçün kifayət qədər təcrübəli deyildim. Bu gün hesab daha böyük olsaydı, istefa verməzdim.

    – Komandaları qarşıda çətin təqvim gözləyir. "Kəpəz"in hazırkı durumu haqqında nə düşünürsünüz?

    – Sadəcə vaxta ehtiyacımız var. Tam toparlanmaq və futbolçuların adaptasiya prosesini keçməsi üçün ən azı 4–5 tur tələb olunur. Bu gün də xal qazanacağımıza ümid edirdim. Qarşıdakı oyunlarda da maksimum nəticə üçün mübarizə aparacağıq.

    Futbol

    Futbolda yenilik: Qara kart tətbiq olunacaq

    12.09.2026 16:31:53
    Futbol

    Qana millisinin üzvü milli komanda karyerasını başa vurdu

    12.09.2026 15:36:55
    Futbol

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14
    Futbol

    "Düzdür, qol vurdum, amma..." - "Neftçi"nin legioneri

    12.09.2026 14:08:23
    Futbol

    "Qarabağ"ın afrikalı futbolçusu millimizdə oynamaq istəyir - VİDEO

    12.09.2026 13:10:24
    Futbol

    Ayxan Abbasov ölkə xaricində millimizin üzvü ilə görüşdü – FOTO

    12.09.2026 10:40:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Hidayət Heydərov zədələndi

    12.09.2026 16:53:19

    "Gəncə" meksikalı mütəxəssislə müqavilə imzaladı

    12.09.2026 16:46:50

    Futbolda yenilik: Qara kart tətbiq olunacaq

    12.09.2026 16:31:53

    Qana millisinin üzvü milli komanda karyerasını başa vurdu

    12.09.2026 15:36:55

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14

    "Düzdür, qol vurdum, amma..." - "Neftçi"nin legioneri

    12.09.2026 14:08:23

    Naxçıvan klubunda yeni müqavilə

    12.09.2026 13:41:02

    "Qarabağ"ın afrikalı futbolçusu millimizdə oynamaq istəyir - VİDEO

    12.09.2026 13:10:24

    Avrokubok təmsilçilərimizin oyun proqramı açıqlandı

    12.09.2026 12:37:16

    Yığmamız Türkiyədə 2-ci oldu

    12.09.2026 12:04:53

    Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

    12.09.2026 11:43:33

    Azərbaycan çempionu Gəncə klubuna keçdi

    12.09.2026 11:12:44

    Ayxan Abbasov ölkə xaricində millimizin üzvü ilə görüşdü – FOTO

    12.09.2026 10:40:05

    Premyer Liqa: "Kəpəz" "Qəbələ"ni, "Sumqayıt" "Şamaxı"nı qəbul edir

    12.09.2026 10:07:10

    Şahdağda qar polosu üzrə beynəlxalq yarış keçiriləcək – EKSKLÜZİV

    12.09.2026 09:49:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved