Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Burada heç kim sənə güzəşt etmir" - Fərid Namazov
    15.08.2026 21:45:05

    Azərbaycan Premyer Liqasının I turunda “Araz-Naxçıvan”la heç-heçə edən (0:0) “İmişli”nin baş məşqçisi Fərid Namazov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, gənc mütəxəssis görüş barədə düşüncələrini bölüşüb.

    – Çempionatın ilk turları həmişə çətin olur. Nə qədər yoldaşlıq matçı keçirsən də, rəsmi oyunun ritmini, gərginliyini və məsuliyyətini hiss etmək tam başqa məsələdir. Bərabər mübarizə izlədik. Həm bizim, həm də “Araz-Naxçıvan”ın yaxşı epizodları var idi. Taktiki baxımdan istər hücumda, istərsə də müdafiədə istədiklərimizi yerinə yetirməyə çalışdıq. Püşk atılandan rəqibi analiz edirdik, lakin əsas hədəfimiz rəqibin qabağını almaqdan çox, öz oyunumuzu inkişaf etdirmək idi. Hər iki tərəf qələbə qazana bilərdi. Yaxşı müqavimət göstərdikləri üçün rəqibə təşəkkür edirəm.

    Fərid Namazov ardınca jurnalistlərin suallarını cavablandırıb.

    – Çempionatın ən gənc baş məşqçisi kimi Premyer Liqa matçına komanda çıxarmaq necə bir hissdir?

    – Əlbəttə, xoş hissdir. Yaş məsələsini özüm də çox qabartmaq istəmirəm, bu stereotipi beynimdən atmağa çalışıram. Əgər bu səviyyəyə gəlib çıxmısansa, yaş bir kənarda qalır və digər mütəxəssislərlə rəqabətə qoşulursan. Burada heç kim sənə güzəşt etmir. Diqqətimi tam olaraq həm özümün, həm də komandanın inkişafına yönəltmişəm.

    – Önümüzdə təzyiqli və stresli bir mövsüm var. Siz və komandanız bu gərginliyə nə dərəcədə hazırsınız?

    – Çempionatın hansı axarda keçəcəyi 3–4 turdan sonra məlum olacaq. Çünki hazırda komandalar haqqında məlumatlarımız daha çox şifahidir. Əlbəttə, kənardan gözləntilər və müəyyən gərginlik olacaq, bu da futbolun tərkib hissəsidir. Uğur qazananda təriflənirsənsə, uğursuzluq zamanı iradları qəbul etməlisən. Tənqidlərə açığam, çünki xaricdən gələn təsir və tənqid olmadan inkişaf etmək mümkün deyil.

    – Komanda oyununa görə “İmişli” daha üstün təsir bağışladı. Bu xala görə üzüldünüz?

    – Xüsusən standart vəziyyətlərdən yaxşı fürsətlərimiz oldu, çünki bunun üzərində çox işləyirik. Qol vursaydıq əla olardı, lakin tam qələbəyə layiq idik desəm, ədalətsizlik olar. Rəqibin də hər iki hissədə təhlükəli epizodları var idi. Düzdür, rəqibin xüsusilə sol cinahdan, Məhəmməd Maranın olduğu tərəfdən hücum edəcəyini bilirdik, amma bəzən əvvəlcədən gördüyün təhlükənin də qarşısını ala bilmirsən. Yekunda bərabərsəviyyəli oyun getdi.

    Futbol

    U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi bilindi

    24.08.2026 11:16:26
    Futbol

    Mövsümün ilk, “Neftçi”nin 150-ci darmadağını

    24.08.2026 10:25:50
    Futbol

    "Erkən qollar bizi sındırdı" - "Araz-Naxçıvan"ın baş məşqçisi

    23.08.2026 23:43:43
    Futbol

    "İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil" - Yuri Vernidub

    23.08.2026 23:28:23
    Futbol

    "Neftçi" "Araz-Naxçıvan"ı darmadağın etdi - VİDEO

    23.08.2026 22:41:30
    Futbol

    "Demişdim ki, yerli azarkeşlər də bizi alqışlayacaqlar" - Azər Bağırov

    23.08.2026 21:21:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İspaniya ilə oyuna ciddi hazırlaşmışdıq" - Yelizaveta Ruban

    24.08.2026 11:42:28

    U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi bilindi

    24.08.2026 11:16:26

    Bakıda keçiriləcək beynəlxalq triatlon yarışında 1500 idmançı iştirak edəcək

    24.08.2026 10:48:09

    Mövsümün ilk, “Neftçi”nin 150-ci darmadağını

    24.08.2026 10:25:50

    Avropa çempionatı: Millimiz Rumıniyaya qarşı

    24.08.2026 10:00:11

    "Erkən qollar bizi sındırdı" - "Araz-Naxçıvan"ın baş məşqçisi

    23.08.2026 23:43:43

    "İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil" - Yuri Vernidub

    23.08.2026 23:28:23

    "Neftçi" "Araz-Naxçıvan"ı darmadağın etdi - VİDEO

    23.08.2026 22:41:30

    "Demişdim ki, yerli azarkeşlər də bizi alqışlayacaqlar" - Azər Bağırov

    23.08.2026 21:21:21

    "Hər kəsin gördüyü təmiz qolu təkcə hakim görmədi" - Qurban Berdiyev

    23.08.2026 21:08:03

    Təmsilçimizdən 3 qızıl medal – FOTOLAR

    23.08.2026 20:53:30

    "Turan Tovuz" evdə "Şamaxı" ilə bacarmadı - VİDEO

    23.08.2026 20:30:10

    Millimiz İspaniyaya qalib gəlib, 1/8 finalı təmin etdi

    23.08.2026 20:08:01

    "Neftçi" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    23.08.2026 19:46:16

    “Brayton” Premyer Liqaya böyükhesablı qələbə ilə başladı

    23.08.2026 19:38:15
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved