Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Super Liqasında çıxış edə bilər.
Prosport.Az xəbər verir ki, İsveçrənin “Qrasshoper” klubunun 24 yaşlı hücumçusu 3 klubdan təklif alıb.
Bunlar “Qaziantep”, “Sivasspor” və “Konyaspor”dur. İlk 2 komanda hətta “Qrasshoper”lə danışığa da başlayıb. Onlar transfer dönəminin son gününə qədər keçidi həll etmək niyyətindədir.
Qeyd edək ki, Renat Dadaşovun “Qrasshoper”lə müqavilə müddəti 2024-cü ilin yayınadəkdir.

