Rumıniya çempionatında V turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” bu həftə “Voluntari”nin qonağı olub. Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 2:1.
Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu qələbədən sonra “Petrolul” 9 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
